Azərbaycanın ekoloji risklər xəritəsi HAZIRLANDI

Azərbaycanın ekoloji risklər xəritəsi HAZIRLANDI

AMEA təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlayıb.

 
Bu barədə Modern.az-a AMEA-nın Coğrafiya İnstitutundan məlumat verilib. 
 
Bildirilib ki, bu xəritə Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsilĺĺ
 
Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənməĺ, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.),  səhralaşma  və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i  yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.
 
  Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, siğorta işlərində vacib mənbə rolunu oynaya bilər.
 

Google+ WhatsApp ok.ru