Azərbaycanın nəqliyyat sistemində ödənişlər bank kartları ilə aparılacaq?

Azərbaycanın nəqliyyat sistemində ödənişlər bank kartları ilə aparılacaq?

Hazırda nəqliyyat sistemində ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsi üçün Azərbaycanda olan müvafiq qurumlarla danışıqlar aparılır. 
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
 
F.Osmanovun sözlərinə görə, bu sistemin 2020-ci ilin sonuna qədər işə düşməsi mümkündür: "2018-2020-ci illərdə ödəniş sistemlərinin genişləndirilməsi və təşviqi üzrə Dövlət Proqramı" çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə layihənin icrasına başlamağı düşünürük. Hazırda bu istiqamətdə iş həyata keçirilir. Yəni dəmiryolu şəbəkəsində ödəmələr bank kartları vasitəsilə olacaq. Biz həmçinin digər qurumlarla da işlər görürük ki, bu sistemi onlarla da tətbiq edə bilək".
 

 

Google+ WhatsApp ok.ru