Azərbaycanda məktəblərdə dərslərin dayandırılması müddəti uzadıldı

Azərbaycanda məktəblərdə dərslərin dayandırılması müddəti uzadıldı

Dərslər martın 27-dək təxirə salındı

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 
Maide.Az xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. 
 
Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
 

Google+ WhatsApp ok.ru