Azərbaycanla su probleminə yenidən baxılmalıdır

Azərbaycanla su probleminə yenidən baxılmalıdır

“Ovqat.com” “Rusiyadan su təhdidi: “Azərbaycanla su probleminə yenidən baxılmalıdır” sərlövhəli məqalədə Dağıstan rəhbərliyinin Azərbaycanla suların bölüşdürülməsi müqaviləsinin dəyişdirilməsini tələb etməsinə diqqət çəkir.
 
Müəllifin sözlərinə görə, Dağıstan rəhbərliyi və Rusiya rəsmisi olan şəxs Dagıstanın su çatışmamazlığından əziyyət çəkməsi, meliorasiya problemi yaşanması barədə firkirlər səsləndiriblər, sərhədyanı subyektlərlə bu məsələlərin müzakirəsi və problemlərin həllində fəaliyyətlərin intensivləşdirilməsini vacib sayıblar.
 
Müəllif Samur çayı hövzəsindəki resursların bölüşdürülməsi, qonşu dövlətlə su probleminin həlli məsələsinə yenidən baxılmasının vaxtının çatdığını vurğulayır.
 
Müəllif isə vurğulayır ki, Azərbaycanla Rusiya arasında 2011-ci il avqustun 28-də sərhədlərin delimitasiyası və su resurlarının istifadəsi və qorunması haqqında müqaviləyə əsasən, Samur çayının sağ hissəsindən keçən sərhəd xətti çayın tam ortasına dəyişdirilmiş və tərəflər çayın su resurlarının bərabər paylarda istifadəsi və ekoloji su atıqlarının nisbətinin 30,5% təyin olunması yönündə razılaşmışdırlar.
 
“Azərbaycan Cənubi Qafqazın ən az şirin su ehtiyatlarına sahib olan ölkəsidir. Regionun ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28 %-i Ermənistanın, yalnız 10 %-i isə Azərbaycanın payına düşür”. 
 
Müəllif əlavə edir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, post-sovet məkanında su ehtiyatı baxımından da ən kasıb ölkələrdən sayılır, su qıtlığına görə ölkəmiz Türkmənistan, Moldova, Özbəkistandan sonra 4-cü yerdə qərarlaşıb.
 
Yazıda deyilir ki, Azərbaycan suyun 74%-ni Araz, Kür və Samur çayı kimi xarici mənbələrdən alır, ölkədə meydana gələn 30%-lik su ehtiyatımızdan da səmərəli istifadə edə bilmir.
 
Müəllifə görə, əsasən yağış suyundan ibarət olan bu ehtiyatın böyük qismi Xəzər dənizinə axır, müstəqillik illərində bəzi su anbarları inşa olunsa da, su ehtiyatlarının lazımi səviyyədə toplanması tam həyata keçirilə bilməyib.
 
Məqalədə deyilənə görə, bu da ölkə iqtisadiyyatının prioriteti olan aqrar sektorun inkişafında ciddi əngələ çevrilir, qonşu dövlətlərin ortaq su mənbələriindən daha çox istifadə etməsi isə qıtlıq ehtimalını daha da artırır: “Rusiyanın Samur çayı ilə bağlı son mesajı da buna işarədir və “cızığınızdan çıxsanız, sizi su ilə imtahana çəkə bilərik”, deməkdir.
 

Google+ WhatsApp ok.ru