Azərbaycanda karantin rejimi uzadılacaq? - RƏSMİ

Azərbaycanda karantin rejimi uzadılacaq? - RƏSMİ

"Ümumi vəziyyət onu göstərir ki, karantin rejiminin uzadılmasına zərurət var".

 
Maide.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.
 
Onun sözlərinə görə, karantin rejiminin tədricən yumşaldılması üçün tədbirlər planı hazırlanır: "Amma gedişatdan asılı olaraq, uzadılması ilə bağlı da müraciət edilməsi gözləniləndir".
 
"190 manat alan şəxslərin övladlarının təhsil haqqı da ödəniləcək"
 
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 
 
O qeyd edib ki, 190 manat heç nə etməmək üçün verilən vəsaitdir: "Karantin müddəti uzadıldığı təqdirdə eyni qaydada həmin şəxslərə yardım veriləcək. 50 min işsiz adam ictimai işlərə cəlb olunaraq, 300 manat veriləcək. 2 gün əvvəlki qərara görə, 190 manat alan şəxslərə həm yardım edilir, həm də övladlarının təhsil haqqı ödəniləcək. Yardım dedikdə təkcə 190 manatı götürmək lazım deyil".

Google+ WhatsApp ok.ru