Azərbaycanda qəbul imtahanları əvvəlki formatda keçirilməyə bilər

Azərbaycanda qəbul imtahanları əvvəlki formatda keçirilməyə bilər

“Abituriyentlərə hərbi xidmətdən güzəşt nəzərdə tutulmayıb”

“Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir”.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
 
M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.
 
DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.
 
 
 “Abituriyentlərə hərbi xidmətdən güzəşt nəzərdə tutulmayıb”
 
M.Abbaszadə deyib ki, Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik. Bu qanunla tənzimlənir.
 
O deyib ki, bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir: "Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur".
 
M.Abbaszadə onu da qeyd edib ki, keçid ballarını DİM müəyyənləşdirmir: "Müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil".
 

 

Google+ WhatsApp ok.ru