Azərbaycanda son üç ayda 13 partlayış hadisəsi baş verib, 18 nəfər xəsarət alıb

Azərbaycanda son üç ayda 13 partlayış hadisəsi baş verib, 18 nəfər xəsarət alıb

2020-ci ilin I rübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 43% azdır.
 
Maide.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, partlayışlar zamanı 18 nəfər xəsarət alıb.
 
Ümumilikdə 2020-ci ilin I rübü ərzində respublika ərazisində 4 040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 000 hadisə və ya 98% çoxdur.
 
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.
 

 

Google+ WhatsApp ok.ru