Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib: Məhdudiyyətlər olacaq

Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib: Məhdudiyyətlər olacaq

Bu gündən ölkə ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib.
 
Maide.Az bildiri ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, reydlərin keçirilməsi mayın 1-dən ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilir: “Reydlərdə vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusilə iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur.
 
Bu qaydalara riayət etməyən vətəndaşlarımız barəsində inzibati qaydada tədbirlər görüləcək. Eləcə də tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulacaq”.
 
 

Google+ WhatsApp ok.ru