Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?

Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?

“Növbəti tədris ilində hansı tədbirlərin görüləcəyi ilə bağlı işçi səviyyəsində ciddi görüşlər keçirilir və müzakirələr aparılır. Bununla bağlı qərar yəqin ki, iyun ayında ictimaiyyətə açıqlanacaq”.
 
Maide.Az “Report”a istinadla  xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
 
Nazirlik rəsmisi qeyd edib ki, bu tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq: “Əsas məqsəd şagirdlərin pandemiya dövründə öyrənməli olduqları proqramların məzmununu nə qədər mənimsədiklərini müəyyənləşdirməkdir. Bununla bağlı təkliflərlə çıxış edəcəyik”.
 
C.Valehov əlavə edib ki, istər orta təhsil, istərsə də ali təhsil müəssisələrində tədris ilinin uzadılması gözlənilmir:  “Müzakirələr zamanı qərara gəlinib ki, ola bilsin yay aylarında televiziya vasitəsilə tematik proqramların tədrisi davam etdirilsin”.
 
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb.

Google+ WhatsApp ok.ru