Azərbaycanda SMS icazə ləğv edilir, kafe, çay evləri və parklar açılır

Azərbaycanda SMS icazə ləğv edilir, kafe, çay evləri və parklar açılır

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür

Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.
 
Maide.Az -a daxil olan məlumata görə, bu barədə Nazirləır Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.
 
Bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.
 
Mayın 18-dən restoran, kafe, çay evləri açılır
 
Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə,18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).
 
Ölkə üzrə park və bulvarlara giriş qadağası qaldırılır
 
Bu şəhərlərdə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.
 
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür
 
Qeyd edilib ki, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Google+ WhatsApp ok.ru