Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 0,2 faiz artıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 0,2 faiz artıb

Bu il 47206 yeni körpə doğulub

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artıb.
 
Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci il iyun ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10089853 nəfərə çatıb.
 
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 
Bu il Azərbaycanda 47206 yeni körpə doğulub.
 
Bu ilin yanvar-may aylarında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47206 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib.
 
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəmlər olub.
 

 

Google+ WhatsApp ok.ru