Azərbaycanda dörd günlük bayram tətili başlayır

Azərbaycanda dörd günlük bayram tətili başlayır

Qurban bayramı ilə əlaqədar sabahdan Azərbaycanda bayram tətili başlayır.
 
Maide.Az "APA"a istinadla xəbər verir ki,  bayramla əlaqədar ölkədə ardıcıl 4 gün iş olmayacaq.
 
Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
 
Avqustun 1-i şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
 
Beləliklə, iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ölkədə 4 gün qeyri-iş günüdür. 
 

Google+ WhatsApp ok.ru