Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi-YENİLƏNİB

Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi-YENİLƏNİB

(İlk xəbər bu gün saat 10:05-də dərc olunmuşdu) 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayaraq Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa görə daxili işlər orqanlarında xidmətdən xaric edildiyini açıqlayıb. 
 
***
Azərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.
 
“Report” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
 
Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.
 
Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.
 
Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin “Report”un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.
 

Google+ WhatsApp ok.ru