Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb

Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb

Son 14 ildə ölkədə ümumi kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları xeyli artıb.
 
Maide.Az xəbər verir ki. Trend-in məlumatına görə, 2005-ci ildə Azərbaycanda 10 520 ümumi kəskin bağırsaq infeksiyalarına, 5 162 suçiçəyinə yoluxma halı baş verib.
 
Ötən il isə Azərbaycanda qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxma ilə bağlı 337 140 halı qeydə alınıb. Onların 13 504-də ümumi kəskin bağırsaq infeksiyaları aşkarlanıb. Keçən il suçiçəyinə yoluxma hallarının sayı 14 514-ə yüksəlib.
 
2019-cu il ərzində ölkə üzrə 359 nəfərdə viruslu hepatitlərə, 359 nəfərdə salmonelyoz infeksiyalarına, 343 nəfərdə qoturluğa, 34 nəfərdə qarayaraya, 551 nəfərdə bruselyoza, 189 nəfərdə skarlatinə yoluxma qeydə alınıb.
 

Google+ WhatsApp ok.ru