Azərbaycanda əhalinin sayı açıqlanıb; ölənlər, evlənənlər və boşananların statistikası

Azərbaycanda əhalinin sayı açıqlanıb; ölənlər, evlənənlər və boşananların statistikası

İlin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsindən (DSK) verilən məıumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.
 
Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106569 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
 
Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.
 
10 ayda ölənlərin sayı 
 
2020-ci ilin 10 ayında ölkə üzrə 52 769 ölüm halı qeydə alınıb. 
 
Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.
 
Rəsmi məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq, 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.
 
Evlənənlər və boşananlar 
 
2020-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 29 580 nikaha daxilolma, 12 347 boşanma halları qeydə alınıb.
 
 Digər aylara nisbətən ən çox nikaha daxilolma halları yanvar ayında müşahidə edilib:
 
“Bu ayda qeydiyyat şöbələri tərəfindən 4280 nikah rəsmiləşdirilib. May ayında isə ən çox boşanma halı qeydə alınıb. Mayda 1501 boşanma halı rəsmiləşib”.
 
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub. / modern.az /
 
 

Google+ WhatsApp ok.ru