Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği 21 Dekabr 2020 15:15 Hadisə Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği məlum olub. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahatda qeyd edilib. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. Teqlər : #Azərbaycanda,#2021ci,#ildə,#yaşayış,#minimumunun,#məbləği, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda su kəsilib Venesuelada qaz balonlarının partlaması nəticəsində 30-dan çox adam xəsarət alıb