Azərbaycanda daha 17 nəfər koronavirusdan öldü: 176 yeni yoluxma

Azərbaycanda daha 17 nəfər koronavirusdan öldü: 176 yeni yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.
 
Aktiv xəstə sayı 12379 nəfərə çatıb.
 
Ölkədə son sutka ərzində 4086, hazırkı dövrədək isə 2272009 test aparılıb.
 
Ümumi ölənlərin sayı 2926 nəfərdir.