Azərbaycanda 519 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib 12 Yanvar 2021 17:36 Sağlamlıq Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib, aktiv xəstə sayı 11 607 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, ötən müddət ərzində isə ümumilikdə 2 279 907 test aparılıb. Teqlər : #Azərbaycanda,#519,#nəfər,#koronavirusa,#yoluxub,#nəfər,#vəfat,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tibbi hədislər: Narın faydaları Tibbi sığorta hansı xidmətləri əhatə edəcək?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir