Azərbaycan, Ermənistan və RF ilə üçtərəfli İşçi Qrupda iştirak edəcək nümayəndəsinin adını açıqlayıb 12 Yanvar 2021 18:25 Xəbərlər RF, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünün yekunlarına görə regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılması üçün yaradılan İşçi Qrupa Ermənistan tərəfdən Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Bu barədə yanvarın 12-də Ermənistan KİV-ləri Ermənistan hökumətinə istinadla məlumat veriblər. Qeyd edək ki, İşçi Qrupun yaradılması qərarı yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə qəbul edilib. Qrupun məqsədi regionda iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və nəqliyyat kommunikasiyalarının açılmasıdır. Razılaşmaya əsasən, RF-Azərbaycan-Ermənistan üçtərəfli qrupunun ilk iclası yanvarın 30-na qədər keçiriləcək. İşçi Qrupda Azərbaycanı baş nazirin müavini Şahin Mustafayevin, Rusiyanı isə hökumət başçısının müavini Aleksey Overçukun təmsil edəcəyi gözlənilir. Qeyd edək ki, 11 yanvar 2021-ci ildə Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı birgə bəyanatında üçtərəfli işçi qrupunun yaradılması təklif olunmuşdu. Teqlər : #Azərbaycan,#Ermənistan,#və,#ilə,#üçtərəfli,#İşçi,#Qrupda,#iştirak,#edəcək,#nümayəndəsinin,#adını,#açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Azərbaycan, Rusiya və Ermənistan Qarabağ üzrə danışıqlar aparacaq YouTube həştəqdən istifadə qaydalarını dəyişdi
Yol hərəkəti qaydalarının pozulmasının foto və video vasitəsilə aşkarlanmasına dair qərar 4 halda rəsmi sayılacaq