Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub 14 Yanvar 2021 15:25 Ölkə Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib. Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib. Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub. Teqlər : #Azərbaycan,#ilə,#İran,#arasında,#hərbi,#və,#hərbitexniki,#əməkdaşlıq,#məsələləri,#müzakirə,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq - DİM Ölkə Sabahdan havanın temperaturu yüksələcək Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət (SİYAHI) Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları üçün qaydalar sadələşdirilib Son 9 ildə Bakıda belə kəskin hava şəraiti qeydə alınmayıb - Nazirlik Bu istiqamətlər üzrə avtobuslar tam hərəkət edə bilmir - Siyahı Bakıda qarlı havaya görə avtobuslar dayanacaqdan kənar da saxlayacaq Piyadalar yolda qalıb - Foto Qarlı hava nə qədər davam edəcək? - AÇIQLAMA/YENİLƏNİB ‘Azərsu’dan əhaliyə xəbərdarlıq Yayda qadınların pensiya yaşı daha 6 ay artırılacaq Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb Hərbi xidmətdən möhlət hüququ qazanacaq şəxslərin siyahısı genişləndirildi Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər Bu hallarda sizi işdən çıxara bilməzlər- RƏSMİ AÇIQLAMA Havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi İran və Azərbaycan birlikdə 2 SES-in tikintisini davam etdirəcək Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb Bakı ilə Dubay arasında uçuşlar bu tarixdən bərpa olunacaq Fevralın 20-nə gözlənilən hava şəraiti açıqlanıb Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb Sürücülərin nəzərinə: Bəzi yollarda qar uçqunu olub, buzlaşma var - SİYAHI Bakının Nizami rayonuna suyun verilməsində məhdudiyyətlər olacaq Ceyhun Bayramov İran parlamentinin komissiya sədri ilə görüşüb Sabaha gözlənilən hava şəraiti açıqlanıb Hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən tələb edilən sənədlər açıqlanıb Novruz bayramında 9 gün iş olmayacaq Hava şəraiti ilə bağlı xəbərdarlıq - Dağlıq yerlərdə şəxsi avtomobildən istifadə etməyin Magistraturaya sənəd qəbulu: 13857 bakalavr ərizəsini təsdiqləyib Qaz sayğacı kartlarının verilməsi yerində icra olunacaq Fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb İranın parlament heyəti Bakıda səfərdədir Bakıda bu saatlarda avtobus zolaqlarına girmək olar Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil - Nazirlik Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir Kitabxanamıza 5 ədəd yeni kitab əlavə olunub Temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ Sabah hava necə olacaq? Azərbaycanda bağçaların fəaliyyəti bərpa olunub Bu gündən Bakı, Sumqayıt və Abşeronda V-IX siniflər açıldı
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir