Kubada hökumətə qarşı kütləvi etirazlar keçirilib

Kubada hökumətə qarşı kütləvi etirazlar keçirilib

İyulun 11-də Kubada hökumətə qarşı kütləvi etirazlar keçirilib.

Havana və ölkənin digər şəhərlərində küçələrə minlərlə adam çıxıb.

Onlar prezidentin istefasını və pandemiyaya qarşı daha qəti tədbirlər görülməsini tələb ediblər.

Son sutka ərzində ölkədə 7 minə yaxın virusa yoluxma halı aşkar edilib. Kubada hökumət əleyhinə nümayişlər sonuncu dəfə təxminən 30 il bundan əvvəl keçirilib.

Prezident Migel Dias-Kanel ABŞ-ı, Kubada vəziyyəti qızışdırmaqda ittiham edib. O, komministləri küçələrə çıxıb inqilabı qorumağa çağırıb. / meydantv/ 

Google+ WhatsApp ok.ru