Azadlığa çıxan gənc fəal coşqu ilə qarşılandı - FOTO

Dünən prezidentin sərəncamı ilə əfv olunmuş siyasi məhbuslardan biri olan Orxan Əyyubzadə bu gün cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Nida"çı gənci çoxsaylı dostları, qohum-əqrəbası qarşılayıb. 
Orxan Əyyubzadə azadlığa çıxması ilə bağlı ilk təəssüratlarını bölüşərək deyib:
"Azadlıq gözəl hisdir. İstərdim ki, digər dostlarımda mənimlə bərabər çıxardılar. 10 ay ömrümdən aldılar. Amma şərəfli günlər idi. Əqidə yoldaşlarımla mübarizəmi davam etdirəcəm. Sona qədər haqsızlığa qarşı mübarizə aparacam".














 

Google+ WhatsApp ok.ru