Bəqərə, 58. Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(İlahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.

İmаm Hәsәn (ә) buyurur : «Hәr kәs Аllаhın qulu оlsа, Аllаh-tәаlа hәr şеyi оnа qul vә müti еdәr.»




AZADLIQ SİMVOLU

Tarix : 16-10-2017 15:06

Kərbəla inqilabının mühüm təsirlərindən biri də, onun özündən sonra böyük dini, ictimai və siyasi şəxsiyyətlərə, eləcə də, azadlıq hərəkatı və inqilablarına simvol olmasıdır. Çünki bu inqilabın bir sıra spesifik xüsusiyyətləri vardır ki, biz burada onlardan ikisinə işarə edirik:

a) Agah və dözümlü rəhbər: Kərbəla inqilabının agah və tilsimsındıran bir rəhbəri vardı. O, babası Peyğəmbəri-Əkrəm (s) və atası imam Əli (ə) kimi, mübarizlərin önündə hərəkət edir, sıravi bir əsgər tək başqaları ilə müqayisədə mübarizənin bütün ağrı-acılarına sinə gərdiyi kimi, əhli-əyalı, qadınları, uşaqları və qohum-əqrəbası da başqaları ilə müqayisədə ön cəbhədə iştirak edərək, zahirdə məğlubiyyətə uğrayan bir inqilabın dözülməz çətinliklərini, qanlı səhnələrini və əsarət şəraitini canla-başla qəbul edirdilər. İmam Hüseynin (ə) inqilabı boyunca müqaviməti misilsiz idi. O həzrət o qədər çətinliklər, susuzluqlar, təzyiqlər, vəfasızlıqlar, namərdliklər, dostlarının azlığı, düşmənlərinin çoxluğu, əhli-əyalının susuzluğu, düşmənlərinin alçaqlığı və qəddarlığı ilə azacıq belə süstlük etmədi, düşmənə əsla təslim olmadı, onun müqabilində ülvi hədəf və şüarlarından yayınmadı. (“Əl-ibəru fi xəbəri mən əbər”, Məhəmməd ibn Əhməd Zəhəbi, 1-c cild, səh.65.)

İmam Hüseyn (ə) son nəfəsinə qədər “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” (Böyük və uca Allahdan başqa bir güc və qüdrət yoxdur), “Ey Əbu Süfyanın ardıcılları! Əgər heç bir dinə inanmır və qiyamət günündən qorxmursunuzsa, heç olmazsa, dünyada azad olun!” – kimi azadlıq, bəndəlik və iman şüarları verirdi. Bir halda ki, düşmən insaniyyətə və hətta ərəb ənənələrinə əks olaraq, azacıq fürsətlərdən istifadə edərək o həzrətin əhli-əyalına hörmətsizlik edir, qadın-uşaqlara əzab-əziyyət verir və xeymələri çapıb-talayırdılar. (“Məqatilut-talibin”, səh. 79; “Tarixi-Təbəri”, 5-ci cild, səh. 450; “Yənabiul-məvəddət lizəvil-qurba”, 3-cü cild, səh.7.)

b) Nümunəvi dostlar: İmam Hüseynin (ə) tarixin ən vəfalı və dəyərli dostlarına sahib və hətta Peyğəmbəri-Əkrəm (s) və imam Əlini dostlarından üstün olmasında şəkk-şübhə yoxdur. Bunu o həzrətin özü də açıq-aşkar buyurmuşdur. Bu dostlar əsrin təqvalı, zahid və abid insanları olsalar da, şücaət, vəfadarlıq və mərdlikdə də başqalarından seçilirdilər. Onlar “Bədr”, “Ühüd”, “Siffeyn” və “Nəhrəvan” səhabələrinin əksinə olaraq, zahiri qələbə və hətta sağ qalmaqdan belə imtina etmiş, şəhadət qüslü və ölümə yəqinliklə imam Hüseynə (ə) məhəbbət bəsləyirdilər. O həzrətin dinin və Peyğəmbərin (s) sünnəsinin dirçəlişi, “yaxşılığa dəvət” və “pislikdən çəkindirmək”dən ibarət hədəfləri üzərində möhkəm dayanır, İslam, insaniyyət və azadlığı əziz tuturdular. Onlar şəhadət anları yaxınlaşdıqca, qorxmadan, peşman olmadan, şəkk-şübhə etmədən, sevinc, iman, şücaət və ümidvarlıqları daha da artırdı. İmam Hüseyn (ə) “Aşura” gecəsi öz beyətini onların üzərindən götürüb onları yol seçimində, evlərinə qayıtmaqda azad buraxsa da, bir nəfər belə, İmamdan (ə) ayrılmadı, üstəlik möhkəm əhval-ruhiyyə, vəfadarlıq və müqavimətlə Hürr ibn Yezid Riyahi kimiləri “Aşura” gününün son anlarında özlərinə doğru cəlb etdi. (“Tarixi-Təbəri”, 5-ci cild, səh. 418-422; “Əhli-sünnə baxımından Kərbəla inqilabı” kitabından nəqlən, Ustad Əbdülməcid Nasiri Davud, 5-ci fəsil – təsir və kəramətlər.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:35
08:01
12:51
17:57
00:08
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

18-01-2018 22:11