Azadlıq donanması Qəzzaya bir gəmi ilə gedəcək

Azadlıq donanması Qəzzaya bir gəmi ilə gedəcək

Qəzzaya tətbiq olunan mühasirəni yarmaq üçün yaradılan beynəlxalq Azadlıq donanması koalisiyasından, qadınlardan ibarət 4-ci donanmanın Qəzzaya bir gəmi ilə gedəcəyini bildirilib.
 
Maide.Az xəbər verir ki, təşkilatdan verilən yazılı açıqlamada bildirilib ki, keçən həftə çərşənbə axşamı günü Messinadan yola çıxan "Zaytouna" adlı gəminin yoluna problemsiz davam edir. Bu həftənin sonuna doğru Qəzza limanına çatması gözlənilir.
 
Yalnız qadınlardan ibarət olan donanmayla İspaniyanın Barselonada şəhərindən iki gəmiylə Qəzzaya yola düşülməsi planlaşdırılırdı. İlk "Amal-Hope" gəmisində yaranan texniki problemlərə görə yeni gəmi ilə əvəzlənib. Amma bu səfərdə baş verən gecikməyə görə gəmi ekipajı bu səyahəti təxirə salıb.
 
Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif yerlərindən qeyri-hökumət təşkilatlarının dəstəyini alaraq hərəkət edən Azadlıq donanması Qəzza limanına daxil olmasına mane olan İsrail rejimi əsgərlərini, bu dəfə "qadınların gücü" ilə keçməyi hədəfləyirlər.
 
Donanmadakı gəmilər oktyabr ayının ilk həftəsində Qəzzaya çatması nəzərdə tutulub.
 

Google+ WhatsApp ok.ru