'Azadlıq' qəzetinin daha iki əməkdaşı dindirilib

'Azadlıq' qəzetinin daha iki əməkdaşı dindirilib

Bu gün, fevralın 22-də "Azadlıq" qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu və əməkdaşı Təzəxan Mirələmli Baş Prokurorluğa çağrılıb.
 
Bu haqda jurnalistlərin özləri bilgi veriblər.
 
Hər iki jurnalist prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olublar. Müstəntiq onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verib.
 
Jurnalistlər dindirmə ilə bağlı təfsilatlı bilgi verməyiblər.
 
Fevralın 18-dən 21-nə kimi "Azadlıq" qəzetinin 7 əməkdaşı - Rövşən Hacıbəyli, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdular.
 
"Azadlıq" qəzetinin əməkdaşları bu qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindirilib. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru