AzadlıqRadiosu‬-nun Bakı bürosunun əməkdaşları kütləvi şəkildə prokurorluğa çağırılır

AzadlıqRadiosu-nun Bakı bürosu ətrafında araşdırmaların davam etdiyi bildirilir. 
 
Bu barədə AzadlıqRadiosu-nun facebook səhifəsində də məlumat paylaşılıb.
 
Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
 
"‪#‎AzadlıqRadiosu‬-nun Bakı bürosunun ofisinin möhürlənməsindən sonra əməkdaşlarımız kütləvi şəkildə prokurorluğa çağırılır.
 
Prokurorluq əməkdaşları hətta jurnalistləri gecə saatlarında da dindirməyə cəhd edirlər.
 
Jurnalistlər vəkillərinin iştirakı üçün vaxt istəsələr də onların hətta zorla dindirilməyə gətiriləcəklərini deyirlər.
 
Artıq əməkdaşlardan bir neçəsi, hətta müxtəlif bölgələrdə çalışan müxbirlərimizi yerli prokurorluqlara çağırıb dindirirlər..."
 

 

Google+ WhatsApp ok.ru