Azad Suriya Ordusu Hələbi tərk etdi, lideri Türkiyəyə qaçdı

Azad Suriya Ordusunun 14 min terrorçunun Suriyanın Hələb şəhərindən çəkildiyi, liderləri Camal Mərufun isə Türkiyəyə qaçmasını Ankaradakı yüksək səviyyəli təhlükəsizlik mənbələri təsdiqləyib.
 
Maide.az xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbə, "Doğrudur, Camal hazırda Türkiyə hakimiyyətinin qonağıdır" - deyib, ancaq hansı şəhərdə olduğu məlumatını verməyib. 14 min ASO döyüşçüsünün Türkiyəyə keçib-keçmədiyi, keçibsə nə qədərinin keçdiyi məsələsində isə suallar cavabsız qalır. Sadəcə o məlumdur ki, Hələb ilə Türkiyə sərhədi arasında qalan sahədəki ASO bazaları dağıdılıb.
 
Hələbin şimal hissəsi Bəşər Əsədə sadiq qüvvələr tərəfindən, bir hissəsi də Əhraruş-Şam və daha kiçik qrupların nəzarətindədir. 

Google+ WhatsApp ok.ru