AZAL-da terror həyəcanı: təhlükəsizlik tədbirlərini gücləndirib

AZAL dövlət aviasiya şirkəti Bakı beynəlxalq hava limanında və bütün regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Xəbəri çərşənbə axşamı şirkətin mətbuat xidməti yayıb.
 
Tədbirlərin gücləndirilməsi Misirdə terror aktı nəticəsində Rusiyaya məxsus Airbus A321 təyyarəsinin qəzaya uğraması xəbərinin təsdiq edilməsi ilə əlaqədardır, deyə mənbə bildirib.
 
Hazırda bütün aeroportların təhlükəsizlik xidmətlərinin işi təhlil edilib, aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi məqsədilə heyətə əlavə təlimatlar verilib. /
 

Google+ WhatsApp ok.ru