Azalan hasilat və Aİ-92 -nin bahalanma ehtimalı

Azalan hasilat və Aİ-92 -nin bahalanma ehtimalı

-- narahatlıq doğuran məsələ qeyri-neft sahəsinin yüksək nəticələr göstərməməsidir

«Novoye Vremya» qəzetində «Neft sahəsi qeyri-sabit qalmaqdadır» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, bu günlərdə ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlər bahalanıb. Müəllifin fikrincə, bundan sonra ölkədə ən kütləvi istehlak edilən Aİ-92 markalı benzinin də qiymətinin artma ehtimalı ilə bağlı müəyyən narahatlıq var.
 
Yazıda vurğulanır ki, ölkədə neft hasilatı da azalmaqdadır:
 
«Bu azalma heç də OPEC-ə daxil olan və daxil olmayan bəzi ölkələrin hasilatın azalması qərarı ilə bağlı deyil».
 
Yazıda bildirilir ki, ölkədə neft hasilatının enməsinin səbəblərindən biri də köhnəlmiş avadanlıqlardan istifadə olunmasıdır.
 
Müəllifə görə, ölkədə daha bir narahatlıq doğuran məsələ qeyri-neft sahəsinin yüksək nəticələr göstərməməsidir. Baxmayaraq ki, ÜDM-də bu sahənin payının artdığı göstərilir:
 
«Qeyri-neft sektorunun 3-4 faiz artımı iqtisadiyyatın bu sahəsində vəziyyətin köklü şəkildə dəyişməsi demək deyil. Odur ki, bu sahəyə xarici sərmayə yatırılması vacibdir. Hələlik daxili sərmayə bu sahə üçün yetərli deyil və buna görə də neft hasilatının azalması daha çox narahatlıq yaradır».
 
Müəllif OPEC-in dünyada neftin qiymətinin artırılmasından ötrü hasilatın azaldılması ilə bağlı sazişinə də toxunur. Yazıda vurğulanır ki, indiki halda hasilatı əhəmiyyətli şəkildə azaltmaq yolverilən deyil.
 
Müəllifə görə, neftin qiyməti yenidən ucuzlaşsa, bu, çox ağır nəticələr doğura bilər.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru