AZAL iyunun 1-nə qədərki dövr üçün bilet satışını dayandırıb

AZAL iyunun 1-nə qədərki dövr üçün bilet satışını dayandırıb

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə əlaqədar milli aviadaşıyıcı - AZAL şirkəti iyunun 1-nə qədərki dövr üçün reyslərinə satışları dayandırıb. Bu barədə Bakı aeroportunun direktor müavini Kənan Hacıyev AzTV-yə müsahibəsində bildirib. 
 
Azərbaycan vətəndaşlarının xaricdən təxliyyəsi üzrə çarter reyslərinə gəlincə, onların aprelin 20-dən sonra bərpa ediləcəyi gözlənilir. 
 
Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq qeyd edilən tarixlərə düzəliş edilə bilər. 

Google+ WhatsApp ok.ru