AZAL Qırğızıstan paytaxtına aviareys açır

 

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələri oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq.

Maide.az-ın məlumatına görə, AZAL-ın rəsmi saytında yerləşdirilmiş məlumatda belə deyilir.

Məlumatda qeyd olunur ki, aviareyslər çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Təyyarə çərşənbə axşamı Bakıdan yerli vaxtla saat 20:20-də, bazar günləri isə 10:10-da yerinə yetiriləcək.

Məlumatda o da deyilir ki, noyabrın 3-dən AZAL Həştərxana reysləri bərpa edəcək, uçuşlar bazar ertəsi həyata keçiriləcək.

Təyyarə Bakıdan yerli vaxtla saat 19:00-da uçacaq, ertəsi gün saat 05:35-də isə paytaxta qayıdacaq.

Məlumatda yeni aviareyslər barədə tam məlumatın olmaması səbəbindən aviabiletlərin qiyməti göstərilmir./

Google+ WhatsApp ok.ru