AZAL İsrailə aviauçuşları dayandırmır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailə aviareyslərin yerinə yetirilməsini davama etdirir. Bu gün saat 09:44-də Bakıdan İsrailə təyyarə uçub.
 
Bunu “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
 
O, bildirib ki, hələlik İsrailə uçuşların dayandırılması nəzərdə tutulmayıb: “Çünki İsrail hökuməti təhlükəsizliyə təminat verir”. 
 
Xatırladaq ki, ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə, Türkiyə  və Rusiya aviaşirkətləri  İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

Google+ WhatsApp ok.ru