Az təminatlı ailələrin iş qurması üçün təkliflər - Ekspert rəyi

Az təminatlı ailələrin iş qurması üçün təkliflər - Ekspert rəyi

"Bu addım vətəndaşların əmək rifahının yaxılaşdırılmasına atılan bir addımdır"
 
Bu sözləri Maide.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov vətəndaşlara sosial yardım əvəzinə iş qurmaları üçün pul vəsaitinin ayırılması ilə bağlı edilən təklifə münasibət  bildirərkən deyib. 
 
Onun sözlərinə görə, bu addım çox müsbət qarşılanmalıdır. "Ünvanlı sosial yardım çox mühüm bir sosial müdafiə əməliyyatı təşəbbüsü və mexanizmidir. Lakin strateji baxımdan perespektivli bir siyasət və yaxud tədbir deyil, ola da bilməz. Yəni, ölkədə yoxsulluq səviyyəsi endikcə buna ehtiyac qalmamalıdır.”
 
Pərviz Heydərov az təminatlı ailələrin iş qurması üçün bir neçə təklif irəli sürüb:
 
Dövlət bu sahədə borc da verə bilər, birbaşa subsidiya da həyata keçirə bilər. Bu, ünvanlı sosial yardımın verilməsini aradan qaldırma üçün gözəl vasitədir. Aylıq pul ödənişi insanlarda mənfi psixologiyanın formalaşmasına gətirib çıxarır. Ancaq məsələn, bir ailəyə 1-2 baş mal-qara saxlamağa və yaxud torpaqda çalışmağa, o cümlədən bu və ya digər kiçik sənətkarlıq fəaliyyəti ilə məşğul olmağa dövlət tərəfindən birdəfəlik yardım həyata keçirilsə, bu, çox mühüm müsbət nəticələr verə bilər. /

Google+ WhatsApp ok.ru