Azərbaycan 14 ildə 1044 hərbçisini itirib

Azərbaycan 14 ildə 1044 hərbçisini itirib

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun Azərbaycanda mətbuat üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2016–cı illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1044 hərbi qulluqçusunu itirib. Onun 365 nəfəri nəfəri erməni gülləsindən (o cümlədən mina və sursat partlayışından) dünyalarını dəyişiblər.679 nəfəri isə qeyri-döyüş itkiləridir. Ümumilikdə, 2003-2016–cı illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 800 nəfərdən artıqdır.
 
İtkilərlə bağlı rəqəmlər sosial şəbəkələr, KİV və EİV üzərində aparılan davamlı monitorinq nəticəsində ortaya çıxıb. Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından – Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 4000 nəfərdən artıqdır.
 
Xəzər“ Hərbi Tədqiqatlar İnstitutu Almaniyada fəaliyyət göstərir. Onu azərbaycanlı ekspert Cəsur Sumərinli yaradıb.(contact)

Google+ WhatsApp ok.ru