Azərbaycan bank sektorunun müştəri bazası azalıb

Azərbaycan bank sektorunun müştəri bazası azalıb

-- 7 253 nəfər

Azərbaycan bank sektorunun müştəri bazası bu il iyunun 1-nə 6 021 291 nəfər təşkil edib.
 
Maide.Az bildirir ki, “Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
 
Məlumata görə, bu, aylıq müqayisədə 7 253 nəfər və yaxud 0,1% azalıb, ilin əvvəlinə nisbətən 249 251 nəfər və yaxud 4,3%, illik müqayisədə isə 279 283 nəfər və yaxud 4,9% çoxdur.
 
Hesabat tarixinə bank müştərilərinin 5 927 086 nəfəri və yaxud 98,4%-i fiziki şəxslərin payına düşüb. 
 

Google+ WhatsApp ok.ru