Azərbaycan: Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

Azərbaycan: Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

-- Qeyri-sabit havanın yanvarın 11-i səhərədək hökm sürəcəyi gözlənilir

Soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində yanvarın 9-u axşamdan hava dəyişəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosunun rəhbəri Gürşad Məmmədova BBC Azərbaycancaya deyib.
 
"Qeyri-sabit havanın yanvarın 11-i səhərədək ölkə ərazisində hökm sürəcəyi gözlənilir", - nazirlik rəsmisi əlavə edib.
 
Onun sözlərinə görə bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir.
 
Ayrı-ayrı bölgələrdə, əsasən də şimal və şərq rayonlarında yağıntı intensiv xarakter alacaq.
 
Külək olacağı gözlənilir, bəzi yerlərdə arabir güclənəcəyi, buna görə də havanın temperaturunun əvvəlki günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi proqnozlaşdırılıb.
 
 
 

Google+ WhatsApp ok.ru