Azərbaycan hərbçisi yaralanıb

Azərbaycan hərbçisi yaralanıb

Dünən, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu Samit İsrafilov yaralanıb.
 
Bu barədə bu gün, avqustun 13-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
«Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür», - məlumatda vurğulanır.
 

Google+ WhatsApp ok.ru