Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb 18 Avqust 2017 01:00 Siyasət Sazişi Bakıda Azərbaycan və Boliviya XİN başçıları imzalayıb Azərbaycan və Boliviya diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb. Sazişi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya XİN başçısı Fernando Uanakuni Mamani imzalayıb. İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. (report) / Teqlər : #Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrana səfər edən azərbaycanlıların sayı məlum olub Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video