Azərbaycan klublarının Avropa Liqasndakı rəqibləri müəyyənləşib

Azərbaycan klublarının Avropa Liqasndakı rəqibləri müəyyənləşib

İnter və Zirə ilk, Qəbələ növbəti mərhələdən mübarizəyə başlayacaq
 
Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Maide.İnfo "Report"a istinadən xəbər verir ki, püşk nəticəsində Azərbaycanın 3 təmsilçisinin rəqibi müəyyənləşib. "İnter" Serbiya "Mladost"unu keçsə, "Fola Eş" (Lüksemburq) - "Milsami" (Moldova) cütünün qalibi, "Zirə" "Lüksemburq" "Differdanj"ını üstələsə Rumıniya "Astra" (Curcu) komandası, "Qəbələ" "Yagelloniya" (Polşa) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Türkiyə təmsilçisi "Qalatasaray" isə İsveç "Ostersund"u ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, ilk oyunlar iyulun 13-də, cavab görüşləri iyulun 20-də keçiriləcək. /

Google+ WhatsApp ok.ru