Azərbaycan ordusu Naxçıvanda praktik atışlar icra edib - VİDEO 21 Noyabr 2017 02:00 Qarabağ xəbərləri -- Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib Azərbaycan ordusunun Naxçıvan Qarnizonunda davam edən komanda-qərargah hərb oyunlarında praktiki atışlar icra olunub. Maide.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verilib. Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib. Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib. Bölmələrin fəaliyyəti ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib. Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib. Teqlər : #Azərbaycan ordusu Naxçıvanda praktik atışlar icra edib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarakənd faciəsindən 26 il ötür Lavrov: “Təcrübəmiz göstərir ki, Qarabağ danışıqları tezliklə başa çatmayacaq”
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni