Azərbaycan prezidenti Ayətullah Xamenei ilə görüşüb - FOTO

Azərbaycan prezidenti Ayətullah Xamenei ilə görüşüb - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu günün ikinci yarısında Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei bidirib ki, Azərbaycan və İran eyni məzhəbi bölüşür. Bu İran İslam Respublikasının Azərbaycan rəsmiləri və xalqı ilə qohumluq və yaxınlıq münasibətlərində ən önəmli amildir. 
 
Ayətullah Xamenei deyib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq səviyyəsi mövcud potensial və imkanlara cavab vermir. “İki ölkə arasında ticarət dövriyyəsi hazırkı səviyyədən 10 dəfəyədək artırılmalıdır. Azərbaycanın İran İslam Respublikası ilə bağlı mövqeyini, ö cümlədən nüvə danışıqları məsələsindəki mövqeyini olduqca yüksək qiymətlləndiririk. Azərbaycan dövləti beynəlxalq və siyasi dairələrdə daim İranın yanında olub. Bu müsbət mövqe iki ölkəni bir-birinə daha da yaxınlaşdırır”. 
 
Ali Rəhbər bidlirib ki, məkirli sionist rejimi Azərbaycan və İran arasında qardaşlıq münasibətlərini zəiflədilməsinə bütün düşmənlərdən daha artıq çalışır. Bunun müqabilində mövcud səmimi əlaqələri qorumaq lazımdır. 
 
Ayətullah Xamenei həmçinin Azərbaycan xalqını və onun dini baxışlarını yüksək qiymətləndirib. “Azərbaycan dövlətinin öz xalqının dini inancına hörmətlə yanaşması daha məqsədəuyğundur. Belə ki, xalq dövlət tərəfindən dini inancları ilə bağlı heç bir narahatlıq hissi keçirməsin. Xalqın dəstəyi və etimadının cəlb edilməsi böyük güclərin qarşısında toxunulmazlıq yaratmaq üçün ən başlıca amildir. Əgər Azərbaycan dövləti öz xalqına arxalanarsa, heç bir qüvvə sizə zərər verə bilməz. Biz də Azərbaycan dövləti və xalqının tərəqqisi üçün dua edirik”. 
 
Görüşdə prezident İlham Əliyev deyib ki, Azərbaycan və İran həmişə  bir-birinin yanında olub və bu ənənə davam edir. 
O əlavə edib ki, iki ölkə arasında müştərək tarixi, mədəni və dini oxşarlıqlar mövcuddur. Ötən il 1 milyonadək Azərbaycan vətəndaşının İrana səfər etməsi bu mədəni və dini bağların bariz nümunəsidir. 
 
Prezident İlham Əliyev bəzi qüvvələrin İranla Azərbaycan arasında gərginlik yaratmağa çalışmasına toxunaraq deyib ki, iki ölkənin əlaqələri yüksək səviyyədədir və düşmənlərin bu kimi addımları heç bir nəticə verməyəcək. (leader.ir)
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru