Azərbaycan XİN: Ermənistan Çingiz Qurbanovun cəsədini vermir

Azərbaycan XİN: Ermənistan Çingiz Qurbanovun cəsədini vermir

Ermənistan dekabrın 29-da Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmalar zamanı həlak olan hərbçi Çingiz Qurbanovun cəsədini verməkdən imtina edir. Bu barədə cümə axşamı Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
 
“Ermənistan beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur və erməni təxribatı nəticəsində həlak olan azərbaycanlı hərbi qulluqçu Çingiz Qurbanovun meyitini geri qaytarmır”, - H.Hacıyev deyib.
 
Onun fikrincə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etməklə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlara ciddi zərbə vurur:(contact)

Google+ WhatsApp ok.ru