Azərbaycan çaylarında daşqın təhlükəsi varmı?

Azərbaycan çaylarında daşqın təhlükəsi varmı?

Respublikanın çaylarında, ümumən dağ çaylarında suyun səviyyəsində azalma müşahidə olunur.
 
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin açıqlaama verib.
 
Bununla belə, baş hidroloq deyib ki, ölkə çaylarında gursululuq müşahidə olunur: "Bu yağan yağışlarla və havaların istiləşməsi ilə əlaqədardır. Yaxın günlərdə elə ciddi dəyşiklik gözlənilmir. Aprelin 19-u ölkə ərazisində yağış yağma ehtimalı var ki, onda ola bilər suyun səviyyəsində 5-10 sm artım olsun. Bu, təhlükəli deyil.”
Asif Verdiyev bildirib ki, Kür çayının aşağı hissəsində, Araz çayında suyun səviyyəsi ötən illərlə müqayisədə xeyli azalıb: “Azərbaycan da belə bir proses gözlənilmir: Gözlənsə belə əvvəlcədən məlumatlandırma olunacaq”.
 
Qeyd edək ki, Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
 
Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 395 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 391 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 130 m3/s təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Bankədə 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il aprelin 17-də 454 sm), Şirvanda 279 sm (2016-cı il aprelin 17-də 303 sm), Salyanda 222 sm (2016-cı il aprelin 17-də 225 sm), Bankədə 192 sm (2016-cı il aprelin 17-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2016-cı il aprelin 17-də 160 sm) təşkil edir.
 

Google+ WhatsApp ok.ru