Azərbaycan-İran sərhədi 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərəcək 27 Fevral 2018 02:00 Ölkə -- 24 saatlıq iş rejiminə keçəndən sonra ... Hazırda Astara sərhəd-keçid məntəqəsi Bakı vaxtı ilə hər gün səhər saat 8:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərir Azərbaycan-İran sərhədində yaranan mövsümi növbələrin aradan qaldırılması üçün təkliflər hazırlanıb. Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitənin sədri Aydın Əliyev bildirib. O deyib ki, İran tərəfi 24 saatlıq iş rejiminə keçməklə bağlı öz təklifini bildirib. “Biz də müraciət etmişk ki, Gömrük Komitəsinə bu istiqamətdə kadrların artırılması istiqamətində köməklik lazımdır” A. Əliyev qeyd edib. Onun sözlərinə görə, bununla bağlı hökumət və Maliyyə Nazirliyinə təkliflər verilib: “24 saatlıq iş rejiminə keçəndən sonra bu tıxaclar aradan qaldırılacaq”. Teqlər : #Azərbaycanİran sərhədi 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Bakıya bundan sonra qar yağmayacaq` - Direktordan ilginc açıqlama Sumqayıt hadisələrindən 30 il ötür