Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır

Bu ilin 6 ayında ölkə əhalisinin sayı 38 min 49 nəfər artıb.
 
Maide.Az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir. DSK-nın məlumatına görə, bu il iyulun 1-də əhalinin sayı 9 milyon 936 min 134 nəfərə çatıb.
 
Əhalinin bir kvadratkilometrə düşən sayı 115 nəfər olub. Onların 52.9 faizi şəhər yerlərində, 47.1 faizi kənd yerlərində məskunlaşıb. 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir.
 

Google+ WhatsApp ok.ru