Azərbaycanda ailə bağçaları yaradılacaq 23 Noyabr 2016 02:00 Ailə Azərbaycanda yeni tip bağçalar - icma, ailə, bələdiyyə bağçaları yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub. Layihəyə görə, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması məqsədilə dövlət uşaq bağçaları şəbəkəsi genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq. Bununla yanaşı, ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Qeyd edək ki, hazırda Azərbaycanda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Layihəyə əsasən, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi nəzərdə tutulur. Layihəyə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması məsələsi də daxil edilib. / Teqlər : #Azərbaycanda ailə bağçaları yaradılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ''Azərbaycanda valideynlər zorakılıqdan çox istifadə edirlər'' Son 25 ildə Azərbaycanda 65 minə yaxın körpə ölümü baş verib
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA