Azərbaycanda Ay tutulması 18.00-dan etibarən görünəcək - CANLI YAYIM

Azərbaycanda Ay tutulması 18.00-dan etibarən görünəcək - CANLI YAYIM

-- Tutulma 19:11:11-də başa çatacaq.

İlin ilk Ay tutulması başlayıb.
 
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, yanvarın 31-də Ay tutulması baş verəcək.
 
Maide.Az  "apa"-a istinadən bildirir ki,  AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayacaq, maksimum tutulma 17:29:51-də qeydə alınacaq. Tam tutulmanın sonu 18:07:51-də olacaq. Tutulma 19:11:11-də başa çatacaq.
 
“Bu təbiət hadisəsinin əvvəlini şərqdəkilər müşahidə edəcək. Azərbaycan ərazisində isə tutulma 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Biz həmin vaxtdan başlayaraq, adi gözlə tutulma hadisəsini izləyə biləcəyik” - deyə X.Mikayılov bildirib.
 
2018-ci ildə ikinci Ay tutulması iyulun 28-də baş verəcək.  
 
 

Ayat namazı necə qılınır? - QAYDA

 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru