Azərbaycanda biyan zavodu tikilir

Azərbaycanda biyan zavodu tikilir

Sənaye əhəmiyyətinə görə əvəzsiz bitki olan və Ağdaş rayonu ərazisində indiyədək kustar üsulla istismar olunan biyanın daha geniş sahədə yetişdirilməsi və emalının təşkil edilməsi üçün tədbirlər görülür. Bu məqsədlə Ağdaş rayonunda inşa edilən biyan emalı zavodunda son tamamlama işləri görülür.
 
Ümumilikdə 10,6 hektar ərazidə inşa edilən biyan tədarükü və emalı zavodunun binasında inşaat işləri başa çatdırılıb və hazırda istehsal sahəsində avadanlıqların qurulması prosesi davam etdirilir.
 
Müəssisə üçün məhsul saxlama anbarının, qazanxana və elektrik yarımstansiyasının tikintisi yekunlaşıb, ofis binası və yeməkxana tikintisində son tamamlama işləri görülür. İlin əvvəlindən bəri zavod tərəfindən 220 hektar sahədə biyan əkilib.
 
Ümumilikdə 1000 hektar istifadə olunmayan boş torpaq sahəsinin biyan əkini dövriyyəsinə cəlb edilməsi üçün işlər görülür. (azərtac) /

Google+ WhatsApp ok.ru