Azərbaycanda daha bir mikroavtobus qəzası 13 Mart 2018 02:00 Hadisə -- 15 yaralı Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Maide.Az "APA"- a istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, martın 11-də Yevlax rayonu ərazisində orta məktəb şagirdlərini daşıyan mikroavtobus da qəzaya uğramışdı. Nəticədə 15 şagird və 2 müəllim yaralanmışdı. Teqlər : #Azərbaycanda daha bir mikroavtobus qəzası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nyu-Yorkda helikopter qəzaya uğrayıb Azərbaycanda doğuş faciəsi