Azərbaycanda dizelin istehsalı 18,5 faiz azalıb

Azərbaycanda dizelin istehsalı 18,5 faiz azalıb

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 748,9 mln. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9 % azalıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 5,9%, yanacaq mazutunun istehsalı 39,5%, dizel yanacağının istehsalı 18,5% azalıb.
 
Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Google+ WhatsApp ok.ru